Gürcüstanda yeni il tətilləri: bəzi qurumlar işləyəcək

Dec 24, 2025 - 09:50
 0  19
Gürcüstanda yeni il tətilləri: bəzi qurumlar işləyəcək

Gürcüstanda Yeni il ərəfəsində uzun tətillər nəzərdə tutulur, lakin bəzi dövlət qurumları əvvəlki iş rejimini davam etdirəcək.

 

Xeber.ge xəbər verir ki, Gürcüstanın Baş naziri inzibati və dövlət strukturlarında yanvarın 8-dək qeyri-iş günlərinin elan olunması barədə sərəncam imzalayıb.

 

Lakin ölkənin normal və fasiləsiz fəaliyyəti üçün vacib olan qurumlar bu qərardan kənarda qalır - xəstəxanalar, təcili yardım xidmətləri, yanğınsöndürmə, xilasetmə xidmətləri və polis adi qaydada işləyəcək.