Gürcüstanda siyasi partiyaların qadağan edilməsi ilə bağlı məhkəmə iclasları canlı yayımlanacaq

Oct 20, 2026 - 21:49
 0  21
Gürcüstanda siyasi partiyaların qadağan edilməsi ilə bağlı məhkəmə iclasları canlı yayımlanacaq

Gürcüstan Konstitusiya Məhkəməsi siyasi partiyaların qadağan edilməsi ilə bağlı iddianın müzakirəsinin canlı yayımda yayımlanması barədə bəyanat yayıb.

XEBER.GE xeber  verir ki, Konstitusiya Məhkəməsinin məlumatına görə, İctimai Yayımçının müraciəti əsasında prosesin video və audio çəkilişinin aparılmasına, eləcə də siqnalın digər media vasitələrinə ötürülməsinə razılıq verilib.

Qurumun izahına görə, ictimai marağın yüksək olduğunu nəzərə alaraq, məhkəmə iclasları paralel olaraq Konstitusiya Məhkəməsinin rəsmi “YouTube” kanalında da canlı yayımlanacaq.

“İctimai marağın yüksək olduğunu nəzərə alaraq bildiririk ki, Gürcüstan Konstitusiya Məhkəməsində 21, 22 və 23 oktyabr tarixlərində №1979 saylı konstitusiya iddiası ilə bağlı keçiriləcək mahiyyəti üzrə məhkəmə iclasının İctimai Yayımçı tərəfindən video və audio çəkilişinin aparılması, canlı yayımlanması, eləcə də siqnalın digər media vasitələrinə ötürülməsi və yayılması ilə bağlı müraciətinə Konstitusiya Məhkəməsi tərəfindən razılıq verilib.

Həmin iclaslar Konstitusiya Məhkəməsinin “YouTube” kanalında da canlı yayımlanacaq.

Beləliklə, ictimai maraq maksimum dərəcədə təmin ediləcək və iclasın gedişi barədə məlumat maraqlanan şəxslər üçün əlçatan olacaq”.