Gürcüstanda şaxtalı hava şəraiti davam edəcək
Gürcüstan Milli Ətraf Mühit Agentliyi yanvarın 21-dən 23-dək ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
- Tbilisi: Soyuq və əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gecə -2...-6, gündüz +2...+6 dərəcə təşkil edəcək.
- Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): Yanvarın 21-i və 23-də yağıntılı, 22-də isə yağmursuz hava gözlənilir. Temperatur gecə +1...+3, gündüz +8...+10 dərəcə olacaq.
- Qərbi Gürcüstanın aran rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): Yanvarın 21-i və 23-də yağıntı gözlənilir, 22-də hava əsasən yağmursuz keçəcək. Temperatur gecə -3...+3, gündüz +7...+9 dərəcə təşkil edəcək.
- Qərbi Gürcüstanın dağlıq rayonları (Ambroaluri, Oni, Saçxere, Rikoti aşırımı): Arabir qar yağacağı gözlənilir. Temperatur gecə -5...-10, gündüz +1...+6 dərəcə olacaq.
- Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro): Arabir qar yağacağı ehtimalı var. Temperatur gecə -8...-13, gündüz -3...+2 dərəcə təşkil edəcək.
- Kartli (Rustavi, Bolnisi, Marneuli, Qori): Soyuq və əsasən yağmursuz hava olacaq. Temperatur gecə -7...-12, gündüz +1...+4 dərəcəyədək enəcək.
- Kaxeti (Telavi, Siğnaği, Laqodexi, Qvareli): Hava soyuq və əsasən yağmursuz keçəcək. Temperatur gecə -5...-10, gündüz +1...+4 dərəcə olacaq.
- Şərqi Gürcüstanın dağlıq rayonları (Axaltsixe, Borjomi, Duşeti): Soyuq və yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Temperaturun gecə -8...-13, gündüz -2...+2 dərəcə olacağı gözlənilir.
- Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri): Kəskin şaxtalı və yağmursuz hava gözlənilir. Temperatur gecə -13...-18, gündüz -1...-6 dərəcə təşkil edəcək.