Gürcüstanda saxta təhsil mərkəzi ifşa olundu
Vətəndaşlar yeni dələduzluq sxemi barədə danışırlar — "BMCC" təhsil mərkəzi ifşa olunub, 100-ə yaxın insan zərər çəkib və aldadılıb, mənimsənilən məbləğ isə on minlərlə laridir.
XEBER.GE xeber verir ki, məlum olur ki, "BMCC" istənilən yaşda olan şəxslərə ixtisasartırma kursları təklif edirmiş.
Vətəndaşların sözlərinə görə, dələduzluq sxemi belə olub: müqavilə rəsmi qaydada bağlanılıb, bütün bəndlər göstərilib, ixtisasını artırmaq istəyən şəxsə İsveçrədə təcrübə keçmiş professorlar tərəfindən mühazirə kursunun keçiriləcəyi və bundan sonra onların müvafiq beynəlxalq sertifikat alacağı vəd edilib. Bütün bunlar 3 000 lari ilə 7 000 lari arasında dəyişib, lakin mərkəzin rəhbərliyi müştəriləri güzəştlərlə cəlb edirmiş — pulu dərhal köçürənlərə müəyyən endirimlər təklif olunub. Yalnız bir ay ərzində bu üsulla 100-dən çox insan aldadılıb.
Müəllimlər, marketoloqlar, sosial media sahəsində çalışanlar, dizaynerlər, fotoqraflar və üzümçülər — bütün əmanətlərini ixtisasartırmaya qoyan müxtəlif yaş və peşə sahibləri əli boşda qalıblar. Artıq 1 aydır ki, zərərçəkənlərin zənglərinə cavab verilmir. Rəsmi sənədlərin göndərildiyi və proqramların qəbul edildiyi elektron poçt ünvanı ümumiyyətlə ləğv olunub. "BMCC" şirkətinin cəlbedici proqramlar və reklamlarla təmsil olunduğu bütün sosial şəbəkə səhifələri də bağlanıb.
Dövlət Reyestrindən çıxarışla müəyyən edilir ki, "BMCC" mərkəzinin təsisçisi və direktoru Megi Saikodzedir. "TVPirveli" onunla əlaqə saxlamağa çalışsa da, Saikodze telefon zənglərinə cavab verməyib. Dələduzluqda ittiham olunan qadının atası "TVPirveli"yə bildirib ki, qızı xarici ölkədədir və ailəsi onun fəaliyyəti haqqında heç nə bilmir.
Camaatın pulu hara getdi? — "TVPirveli" bu sualla şirkətin hüquqşünasına da müraciət edib. "BMCC"nin keçmiş əməkdaşı izah edib ki, o, yalnız məsafədən hüquqi xidmət göstərdiyi ləğv olunmuş şirkət qarşısında məsuliyyət daşıyırdı.
100-ə yaxın zərərçəkən istintaq orqanına iddia ərizəsi təqdim etməyə hazırlaşır. Aldadılmış şəxslər Prokurorluqdan dələduzluq qrupunun üzvirtual çıxarılmasını tələb edirlər.