Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb

Nov 29, 2024 - 02:00
 0  20
Gürcüstanda mitinq zamanı bir neçə polis əməkdaşı xəsarət alıb

Gürcüstan parlamenti qarşısında keçirilən mitinq qanunla müəyyən edilmiş toplaşma və nümayiş qaydalarını aşıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda üç polis əməkdaşı etirazçıların atdığı müxtəlif əşyalar nəticəsində xəsarət alıb. Hüquq-mühafizə orqanlarının iki əməkdaşı xəstəxanaya yerləşdirilib.

“Polis vəziyyəti sakitləşdirmək üçün qanunda nəzərdə tutulan tədbirlərə əl atıb və xüsusi vasitələr tətbiq edib. Bir daha hər mitinq iştirakçısını qanunsuz hərəkətlərdən çəkinməyə və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmağa çağırırıq”, - nazirlikdən bildirilib.

mənbə: report