Gürcüstanda isti hava şəraiti gözlənilir

Apr 14, 2026 - 16:13
 0  16
Gürcüstanda isti hava şəraiti gözlənilir

Gürcüstan Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumata görə, aprelin 15-dən 17-dək ölkə ərazisində nisbətən isti və əsasən yağmursuz hava şəraiti hökm sürəcəyi gözlənilir.

 Xeber.ge xəbər verir ki, müxtəlif regionlar üzrə temperatur göstəriciləri belə olacaq:

Paytaxt Tbilisi: Tbilisidə yağmursuz hava şəraiti gözlənilir. Günorta saatlarında temperatur +16, +18 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstan:

·         Sahil rayonları (Batumi, Kobuleti, Poti, Anaklia): Əsasən yağmursuz keçəcək, temperatur +20, +22 dərəcə olacaq.

·         Alçaq dağlıq rayonlar (Kutaisi, Zestafoni, Zuqdidi): Hava yağmursuz keçəcək, temperatur +21, +23 dərəcəyədək yüksələcək.

·         Dağlıq rayonlar (Ambrolauri, Oni, Çiatura): Yağmursuz hava, temperatur +18, +20 dərəcə.

·         Yüksək dağlıq rayonlar (Mestia, Baxmaro): Temperatur +13, +15 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstan:

·         Kartli regionu (Rustavi, Bolnisi, Marneuli, Qori): Yağmursuz hava şəraiti, temperatur +17, +19 dərəcə.

·         Kaxeti regionu (Telavi, Saqareco, Laqodexi): Günorta saatlarında temperatur +17, +19 dərəcə olacaq.

·         Dağlıq rayonlar (Borjomi, Axaltsixe, Duşeti): Yağmursuz hava, temperatur +15, +17 dərəcə.

·         Yüksək dağlıq rayonlar (Bakuriani, Qudauri, Axalkalaki): Temperatur +10, +12 dərəcə arasında dəyişəcək.

Sinoptiklərin məlumatına görə, aprelin 17-dək ölkənin əksər ərazilərində əlverişli hava şəraiti davam edəcək.