Gürcüstanda "İnterpol" tərəfindən axtarışda olan iki şəxs saxlanılıb

Mar 25, 2026 - 11:28
 0  18
Gürcüstanda "İnterpol" tərəfindən axtarışda olan iki şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi  Türkiyə hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş iki nəfərin yaxalandığı barədə məlumat yayıb.

Xeber.ge xəbər verir ki, saxlanılan şəxslər "İnterpol"un "qırmızı bülleteni" ilə axtarışda olublar.

DİN-in Acara Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyə vətəndaşları olan iki şəxs müxtəlif vaxtlarda saxlanılıb:

·         U.İ. (1998-ci il təvəllüdlü): Qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.

·         U.H. (1992-ci il təvəllüdlü): Yaşayış yerinin toxunulmazlığını pozma ittihamı ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şəxs Acara bölgəsində ələ keçib. Nazirliyin bəyanatında bildirilir ki, hazırda həmin şəxslərin Türkiyəyə təhvil verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.