Gürcüstanda güclü yağış, dolu və dənizdə 3-4 bal gücündə ştorm gözlənilir
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, sentyabrın 24-nün günün sonundan sentyabrın 25-nin səhərinə qədər Gürcüstanın əksər ərazisində yağıntı gözlənilir.
XEBER.GE xeber verir ki, Abxaziya, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi, Mtsxeti-Mtianeti və Kaxeti bölgələrində bəzi yerlərdə güclü intensivlikdə olacaq. Şimşək çaxması, dolu, küləyin güclənməsi, dənizdə 3-4 bal gücündə ştorm dalğalanması mümkündür.
"Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin qalxmasına, kiçik çaylarda daşqınlara, təpəli və dağlıq zonalarda isə sürüşmə-sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta)", – deyə Ətraf Mühitin Milli Agentliyinin məlumatında qeyd olunur.