Gürcüstanda etirazlar səngiyir

Dec 27, 2024 - 20:22
 0  69
Gürcüstanda etirazlar səngiyir

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, müxalifətin artıq küçələrdə iğtişaşlar törətmək imkanları yoxdur.

Kobaxidzenin “İmedi” telekanalına bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “zorakılığa cəlb olunmuş” 500-ə yaxın şəxsin zərərsizləşdirilməsi müxalifəti qarşıdurmanı genişləndirmək imkanından məhrum edib.

“Zorakılıqdan istifadə etmək üçün resurs olmayanda, insanlar mitinqlərə çıxmayanda, onların vəziyyəti gərginləşdirmək imkanı yoxdur”.

Baş nazir həmçinin ehtimal edib ki, müxalifət fevralda parlamentin boykotunu dayandıra bilər. Kobaxidzenin fikrincə, bu, siyasi vəziyyətin nizamlanmasına töhfə verəcək. Əks halda, onun fikrincə, bu, müxalifət qüvvələrinin tam məğlubiyyətinin etirafı olacaq.

Xatırladaq ki, Gürcüstan müxalifəti səlahiyyət müddəti başa çatan prezident Salome Zurabişvili ilə birlikdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. Noyabrın 4-dən ölkədə son vaxtlar dinc keçən etiraz aksiyaları davam edir.

mənbə: modern