Gürcüstanda elektrik skuterləri ilə bağlı yeni qanun

Sep 2, 2026 - 15:04
 0  24
Gürcüstanda elektrik skuterləri ilə bağlı yeni qanun

Hökumət azyaşlıların elektronskuterlərdən (elektrik skuterlərindən) istifadəsinin hüquqi tənzimlənməsini planlaşdırır — qanun layihələrinin siyahısında bildirilir ki, dəyişikliklər Gürcüstanın "Yol hərəkəti haqqında" Qanununa ediləcək.

XEBER.GE xeber  verir ki, izahat vərəqəsində oxuyuruq ki, sözügedən paketlərin məqsədi "skroyların" (elektrik skuterlərinin) istifadəsi ilə bağlı riskləri azaltmaqdır.

"Son dövrlərdə yol hərəkətində ikiçarxlı elektrik skuterlərindən aktiv istifadə olunması onların təhlükəsiz istifadəsi və yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı problemləri üzə çıxarıb. Azyaşlıların bu nəqliyyat vasitələrindən istifadə etməsi məsələsi xüsusi diqqət tələb edir ki, bu da mövcud hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi zərurətini yaradır.

Qanunvericilik paketi ikiçarxlı elektrik skuterlərinin istifadəsi ilə bağlı risklərin azaldılmasını, yol hərəkəti iştirakçılarının qorunmasını və yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılmasını hədəfləyir", — deyə izahat vərəqəsində qeyd olunub.