Gürcüstanda dövlət məktəblərinə şagird qeydiyyatının IV mərhələsi başladı
Gürcüstanın Təhsil İdarəetmə İnformasiya Sistemi (EMIS) dövlət məktəblərinə şagird qeydiyyatı ilə bağlı valideynlərə və qanuni nümayəndələrə müraciət edib.
XEBER.GE xəbər verir ki, məlumata görə, qeydiyyatdan keçmək istəyənlər müəyyən olunmuş müddət ərzində seçdikləri məktəbə müraciət etməlidirlər.
Qeydiyyat prosesi 20–31 iyul tarixlərində həyata keçiriləcək.
Məktəbə qeydiyyat üçün valideyn və ya qanuni nümayəndə istədiyi dövlət məktəbinə ərizə ilə müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:
Valideynin (və ya qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
Uşağın doğum haqqında şəhadətnaməsinin surəti.
Məktəb rəhbərliyi təqdim olunan sənədlər əsasında şagirdin qeydiyyata alınmasını təmin edəcək.
Dövlət məktəblərində olan boş yerlər, növbələr və bölmələr haqqında məlumatı Təhsil İdarəetmə İnformasiya Sisteminin rəsmi portalından- skolebi.emis.ge saytından əldə etmək mümkündür.
Qeydiyyat prosesi ilə bağlı əlavə sualı olan şəxslər üçün qaynar xətt və elektron poçt ünvanı fəaliyyət göstərir:
Qaynar xətt: (+995 32) 2 200 220
E-poçt: info@emis.ge