Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb
Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb.
Bəyanat ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur.
Sənədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qol çəkiblər.
Bununla yanaşı, Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb.
İmzalanan sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.
mənbə: report