Gürcüstan polisi Batumidə növbəti narkotik əməliyyatı keçirdi
Gürcüstanın daxili işlər orqanları Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki,
Əməliyyat nəticəsində 1986-cı il təvəllüdlü O.T. və 1999-cu il təvəllüdlü M.G. şübhəli şəxs qismində yaxalanıblar. Onlara qarşı külli və xüsusilə külli miqdarda psixotrop maddələrin qanunsuz alınması və saxlanılması ittihamı irəli sürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin üzərinə və yaşadıqları mənzilə baxış keçirilən zaman xüsusilə külli miqdarda "Preqabalin" tərkibli psixotrop maddə aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 261-ci maddəsinin 2-ci və 3-cü hissələri (psixotrop maddələrin qanunsuz dövriyyəsi) ilə istintaq başladılıb.
DİN-in yaydığı rəsmi məlumata əsasən, törədilən cinayət əməlinə görə saxlanılan şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq tədbirləri davam etdirilir.