Gürcüstan MSK yerli seçkilərlə bağlı daha 4 müşahidə təşkilatını qeydə alıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 4-də ölkədə keçiriləcək yerli seçkilərlə bağlı daha dörd müşahidə təşkilatını qeydə alıb.
MSK-nın məlumatına görə, hazırda seçkiləri izləmək üçün 23 beynəlxalq, 11 yerli müşahidə təşkilatı qeydiyyatdan keçib.
Bundan əlavə, 16 media orqanı da akkreditasiyadan keçib.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoselianinin sözlərinə görə, beynəlxalq təşkilatlar üçün son qeydiyyat tarixi sentyabrın 27-si, yerli müşahidə təşkilatları üçün 24 sentyabr, KİV-lər üçün isə 29 sentyabrdır.
mənbə: report