Gürcüstan miqyasında xüsusi əməliyyat – "DİN" narkotik cinayətlərinə görə 47 nəfəri saxladı

Oct 16, 2025 - 12:24
 0  17
Gürcüstan miqyasında xüsusi əməliyyat – "DİN" narkotik cinayətlərinə görə 47 nəfəri saxladı

Gürcüstan miqyasında xüsusi əməliyyat – Daxili İşlər Nazirliyinin  məlumatına görə, son 24 saat ərzində Tbilisidə və regionlarda keçirilən polis

tədbirləri nəticəsində narkotik cinayətlərinə görə 47 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, Aleksandr Daraxvelidzenin DİN-də keçirilən brifinqdə bildirdiyinə görə, saxlanılanların əksəriyyəti narkotik maddələrin satışı,

bir hissəsi isə xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, qanunsuz satışa cəhd və yardım etməkdə ittiham

olunur.

Daraxvelidzenin sözlərinə görə, axtarışlar nəticəsində "Heroin", "Metadon", "Alfa PVP", "Suboksin", "Suboteks", "Metamfetamin", "Həşiş", "Opium",

"Marixuana" və "Çətənə bitkisi" (kanafi) götürülüb.