Gürcüstan İsrailə uçuşları ləğv etdi

“Georgian Airways” aviaşirkəti 16 və 17 iyun tarixlərində Tbilisi-Tel-Əviv-Tbilisi istiqamətində planlaşdırılmış uçuşların təhlükəsizlik səbəblərinə görə ləğv edildiyini açıqlayıb.
Aviaşirkətin məlumatına görə, sözügedən reyslərə bilet almış sərnişinlərə biletin dəyişdirilməsi və ya ödənişin geri qaytarılması təklif olunur. Biletin dəyişdirilməsi və ya qaytarılması biletin alınmış olduğu satış məntəqəsində mümkündür.
"Georgian Airways" bildirir ki, Tel-Əviv istisna olmaqla, digər istiqamətlər üzrə planlaşdırılan bütün uçuşlar cədvələ uyğun olaraq fasiləsiz davam etdirilir.
mənbə: interpress