Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır
Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Hadisələr göstərir ki, sürətli hərəkət etmək lazımdır. Qərbyönlü müxalifətin tərəfdarları Tbilisidəki etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinə pirotexnika ilə atəş açırlar”, - deyə o qeyd edib.
Parlament sədri əlavə edib ki, Gürcüstan hakimiyyəti əvvəlcə toplanışlar zamanı maska taxmağı qadağan etməyi qərara alıb.
“Gürcüstan Arzusu” partiyası bu qanunları ilin sonuna qədər təsdiq etməyi planlaşdırır", - Ş.Papuaşvili vurğulayıb.
mənbə: report