Gürcüstan düzgün yoldadır, Aİ kursunu düzəltməlidir

Mar 9, 2026 - 19:06
 0  8
Gürcüstan düzgün yoldadır, Aİ kursunu düzəltməlidir

Gürcüstan düzgün yoldadır, Avropa İttifaqı (Aİ) kursuna düzəliş etməlidir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Avropa bürokratiyasının Aİ-ni hara apardığı məlum deyil.

"Biz düzgün istiqamətdə addımlayırıq, məqsədimizi bilirik. Bizim əsas xarici siyasət prioritetimiz avrointeqrasiyadır", - Kobaxidze əlavə edib.

Baş nazirin sözlərinə görə, Aİ-nin Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi müvəqqəti dayandırması ikili standarları nümayiş etdirir.

"Bu, Avropa bürokratiyasında tam xaosun hökm sürdüyünü göstərir. Vəziyyət faciəvidir", - o əlavə edib.

Xatıraldaq ki, Avropa Komissiyası martın 6-da Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səfər rejimini müvəqqəti olaraq dayandırıb. Qərar bir il ərzində qüvvədə olacaq.

mənbə: apa