Gürcüstan ABŞ-nin dəstəyi ilə Rusiya sərhədində yeni keçid məntəqəsi açıb
Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə, Raça bölgəsində ABŞ-nin dəstəyi ilə inşa edilmiş "Mamisоni" adlı yeni sərhəd-keçid məntəqəsini istifadəyə verib.
Dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən məntəqə ABŞ Avropa Komandanlığının, ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin və Regional Təhlükəsizlik Ofisinin dəstəyi ilə tikilib.
Bildirilib ki, bina müasir avadanlıqlarla təchiz olunub, infrastruktur isə bölgənin mürəkkəb iqlim şəraiti nəzərə alınmaqla qurulub.
Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Kortni Ostrian iştirak ediblər.
mənbə: report