Gürcüstan 2026-cı ildə İsveçrə klinikalarında uşaqların əməliyyatlarını maliyyələşdirəcək

Jan 12, 2026 - 12:42
 0  18
Gürcüstan 2026-cı ildə İsveçrə klinikalarında uşaqların əməliyyatlarını maliyyələşdirəcək
: :
playing

Gürcüstanın Səhiyyə Nazirliyi 18 yaşınadək ölkə vətəndaşlarının İsveçrə klinikalarında keçiriləcək ürək əməliyyatlarının xərclərini ödəyəcək.

Xeber.ge xəbər verir ki, bu barədə 2026-cı ilin dövlət büdcəsi proqramında qeyd olunub.

Nazirliyin planlarına əsasən, əməliyyatların maliyyələşdirilməsi proqramına anadangəlmə ürək qüsuru olan 10-dək uşaq daxil ediləcək. Söhbət o xəstələrdən gedir ki, onların cərrahi yolla müalicəsi Gürcüstanda mümkün deyil.

Əməliyyatlar Cenevrə Universitet Hospitalında aparılacaq. Tbilisi qeydiyyatında olan Gürcüstan vətəndaşlarının əməliyyat xərclərini isə paytaxt meriyası maliyyələşdirəcək.

Gürcüstan hökuməti artıq son üç ildir ki, vətəndaşların xaricdə müalicəyə göndərilməsini maliyyələşdirir. Pasiyentlər əsasən Türkiyə və Almaniya klinikalarında əməliyyat olunurlar.