"Gürcü Arzusu"-nun keçmiş məmurlarının evindən külli miqdarda pul və qızıl külçələr çıxdı-VİDEO

"Gürcü Arzusu" nun keçmiş yüksək çinli məmurlarının evlərindən qızıl külçələr və qiymətli saatlar götürülüb.
Xeber.ge xeber verir ki,
Mamuka Mdinaradzenin idarəsinin məlumatına görə, İrakli Qəribaşvili, Qriqol Liluaşvili, Otar Partsxaladze, Romeo Mikautadze, Mixeil Çoxeli, Vano və Tornike Parkaulilərin, Andria, yəni Sandro Liluaşvilinin və onların ailə üzvlərinin yaşayış evlərində axtarış aparılıb.
Nəticədə, müxtəlif yerlərdən ümumilikdə 7 milyon 200 min ABŞ dolları və 136 min lari məbləğində nağd pul, 198 ədəd qiymətli əşya və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəqdən ibarət sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq götürülüb.