“Gürcü Arzu”nun majoritar namizədinin adından “Marneuli” radiosunu məhkəməyə şikayət etməklə hədələyiblər

Sep 9, 2025 - 15:41
 0  40
“Gürcü Arzu”nun majoritar namizədinin adından “Marneuli” radiosunu məhkəməyə şikayət etməklə hədələyiblər

“Gürcü Arzusu” Dmanisi bələdiyyəsinin Qarabulaq kəndi üzrə majoritar namizədi kimi həmin kəndin məktəb direktoru və hazırkı Bələdiyyə Məclisi üzvü Hamlet İsmayılovun namizədliyini irəli sürüb. İsmayılovun namizədliyinə sosial şəbəkədə vətəndaş fəalı Samira Bayramova münasibət bildirib və 14 yaşlı Aytacın qətli hadisəsini yada salıb. Həmin 14 yaşlı qız Qarabulaq kənd ictimai məktəbində oxuyurdu. Daha sonra isə onu 27 yaşlı kişiyə ərə verdilər.

“Koba Muradaşvili, sən pedofillərin və zorakıların atasısasn? Tfu, belə siyasətə, işə və insanlığa!
14 yaşlı Aytacın vəhşicəsinə öldürülməsini xatırlayırsınızmı?
Bu məktəbin direktoru Aytacın anası ilə birlikdə nişanı təşkil edib, birlikdə gizlədirdi.
Bu məktəbin direktoru Hamlet İsmayılov azyaşlı şagirdi ilə evlənmiş pedofildir. Bu səbəbdən cinayət işi başlanıb. Uşağı 7 yaşı olanda öz adına keçirib. Allah özü balaca uşağın qatillərinin cavabını versin!" – Samirə Bayramova sosial şəbəkədə yazır və Dmanisi şəhərinin hazırkı meri, "Gürcü Arzusu"nun merliyə namizədi Koba Muradaşviliyə müraciət edir.

“Marneuli” radiosu Samirə Bayramovanın müraciətini sosial şəbəkədə paylaşıb, bundan sonra redaksiyaya kimliyini açıqlamaq istəməyən şəxs zəng edib, özünü Hamlet İsmayılovun dostu kimi təqdim edib, bizimlə gürcü dilində danışıb, yazını silməyimizi tələb edib və bizi məhkəməyə verəcəyi ilə hədələyib. Həmin şəxs “Marneuli” radiosunun başqa bir jurnalistinə də zəng vurub, söhbətə Azərbaycan dilində başlayıb. Bizə gürcü dilində sual verəndən sonra gürcü dilini bilmədiyini bildirdi və biz gürcü dilində söhbəti davam etdirəndə yenə də səlis gürcü dilində bizi məhkəməyə verəcəyini qeyd etdi, telefonu söndürdü.

Mobil telefon nömrələri bazasındakı məlumata görə, qeyd olunan nömrə Etiqam İsmayılova (bazada ad belə qeyd olunub) məxsusdur.

“Marneuli” radiosu Hamlet İsmayılovun əlaqə nömrəsini də tapdı. İsmayılov zənglərimizə cavab vermədi, sonra isə telefonu söndürdü.

Dmanisi şəhərinin meri və “Gürcü Arzusu”nun merliyə namizədi Koba Muradaşvili “Marneuli” radiosu ilə bağlı məsələyə şərh vermək istəməyib. Ona lazım olan anda gürcü dilini bilməyən şəxs kimi Muradaşvili də bizi məhkəməyə verməklə hədələdi.

mənbə: marneulifm