Faciəvi qəza: 15 yaşlı yeniyetmə həyatını itirdi

Sep 8, 2025 - 19:48
 0  30
Faciəvi qəza: 15 yaşlı yeniyetmə həyatını itirdi

Adigenin Aral kəndi yaxınlığında baş verən yol qəzası nəticəsində 15 yaşlı oğlan həyatını itirib.

Yük maşını ilə mikroavtobus toqquşub. Hadisə zamanı ölən yeniyetmə “Zarzma Akademiyası” futbol komandasının üzvü olub. Hadisə komandanın uşaqları məşqdən sonra evə qayıdan zaman olub.

Akhalsixe Referal Xəstəxanasının klinik meneceri Vaxtang Şalamberidzenin sözlərinə görə:

“Xəstəxanaya 10-a yaxın uşaq gətirildi. Onlardan biri – 15 yaşlı uşaq – həyat əlamətlərini göstərmirdi. Digər uşaqların isə heç bir problemi yoxdur”.

Daxili İşlər Nazirliyinin “Interpressnews”a verdiyi məlumata görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.

mənbə: interpress