Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı-VİDEO
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Kontrterror Mərkəzinin əməkdaşları Qardabani və Kareli bələdiyyələrində keçirilmiş xüsusi tədbirlər nəticəsində, hakim qərarı əsasında xarici ölkənin terror təşkilatında birləşmə və terrorçuluq fəaliyyətinə kömək etmə faktı ilə bağlı Gürcüstanın iki vətəndaşını saxlayıblar. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, sözügedən şəxslər "İslam Dövləti" terror təşkilatında birləşiblər, təşkilat lideri qarşısında sədaqət andı içiblər və ona qarşı şərtsiz itaətkarlıq nümayiş etdiriblər.
Saxlanılan şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış nəticəsində maddi sübut kimi "İslam Dövləti" terror təşkilatının liderinə sədaqət andının – "bəyət"in əlyazma mətni, islam yazısı olan möhür, müxtəlif növ patronlar, əl qumbarası, kapsul/detonator və elektron informasiya daşıyan qurğular götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır ki, bu da xarici ölkənin terror təşkilatında birləşməyi və terrorçuluq fəaliyyətinə kömək etməyi nəzərdə tutur. Cinayət cəza qismində 10 ildən 17 ilə qədər azadlıqdan məhrumetməni ehtiva edir", – deyə bəyanatda qey olunur.