Dövlət məktəblərində 1–6-cı siniflər üçün məktəb forması yenidən məcburi olacaq

Dec 2, 2025 - 15:04
 0  7
Dövlət məktəblərində 1–6-cı siniflər üçün məktəb forması yenidən məcburi olacaq

“Növbəti tədris ilindən etibarən sınaq rejimində bütün dövlət məktəblərində 1–6-cı siniflər daxil olmaqla məktəbli forması məcburi qaydada geri qaytarılır”, – deyə təhsil naziri Givi Mikanadze ümumi təhsil islahatının təqdimatında bildirib.

Xeber.ge xəbər verir ki, nazirin sözlərinə görə, sosial cəhətdən həssas ailələr uniforma ilə bağlı dövlət dəstəyi alacaqlar.

“Qərara aldıq ki, sınaq rejimində növbəti tədris ilindən başlayaraq bütün dövlət məktəblərində ibtidai mərhələdə – 1-dən 6-cı sinifədək məktəbli forması məcburi olsun. Bununla yanaşı, sosial cəhətdən zəif ailələri də nəzərə alırıq. Səhiyyə Nazirliyi tərəfindən 60 000 bal və ya bundan aşağı səviyyədə qiymətləndirilmiş bütün ailələr dövlət tərəfindən formaların alınması ilə bağlı müvafiq dəstək alacaqlar”, – deyə Mikanadze vurğulayıb.