"Diplomatiya belə bir şeyi hələ görməyib!"

Milan Konsulluğu 2023-cü il 24 noyabrdan fəaliyyət göstərir, konsul Nataliya Kordzaya isə hələ 2023-cü ilin sentyabrında təyin olunub. Belə olan halda, artıq fəaliyyət göstərən diplomatik nümayəndəliyin guya təntənəli “açılış mərasimi”nin təşkili – özü də yarı hökumət heyətinin iştirakı, bayram abu-havası, kilsə xorunun İtaliyaya ezam olunması və xeyli vəsaitin xərclənməsi fonunda – hansı zərurətlə izah oluna bilər?
Bir səbəbi budur ki, xalqı inandırsınlar – onlara tətbiq olunan sanksiyalar heç bir nəticə vermir, istədikləri kimi gedirlər, alış-veriş edirlər.
Digər səbəb – onları beynəlxalq təcrid maraqlandırmır (halbuki bu gün onlar üçün istənilən şəkil, əl sıxma – arzulanan və dəyəri ölçülməyən “uğurdur” və bu görüntüləri fəxrlə paylaşırlar).
Bütün bunlar isə bir məqsədə xidmət edir – Potyomkin kəndi effekti yaratmaq, əhaliyə göstərmək ki, guya hər şey qaydasındadır və əvvəlki kimi davam edir. Guya onlar dövləti təmsil edirlər və dövlət kimi hərəkət edirlər.
Milan kimi şəhərə demək olar ki, bütün “siyasi büro”nun ezam olunması nəyə xidmət edir, görəsən? -
Bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili öz sosial şəbəkə hesabında yazır.
mənbə: marneulifm