Dedoplistskaroda baş verən yanğın nəticəsində bir nəfər həyatını itirib
Dedoplistskaroda baş verən yanğın nəticəsində 57 yaşlı kişi həyatını itirib.
Hadisə az əvvəl Aladaşvili küçəsində yerləşən yaşayış evində baş verib.
Xeber.ge xeber verir ki,
Evin ikinci mərtəbəsində olan kişi yanğın zamanı yanaraq ölüb.
Hadisə yerinə cəlb olunan yanğın-xilasetmə xidməti alovlanan binadan mərhumun birinci mərtəbədə olan yaşlı anasını təhlükəsiz şəkildə çıxarıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə istintaq başlanıb. Bu maddə başqasına məxsus əmlakın qəsdən zədələnməsi və ya məhv edilməsini, o cümlədən od, partlayış və ya digər ümumi təhlükəli vasitələrdən istifadə etməklə törədilən halları nəzərdə tutur.