Tbilisidə güclü yanğın – Samqoridə nə baş verib?
İsanidə yerləşən ikinci əl avtomobil ehtiyat hissələri bazarında baş verən yanğın bir neçə mağazanı tamamilə məhv edib.
Yanğın 2 saat ərzində obyektləri külə döndərib və insanları yeganə gəlir mənbəyindən məhrum edib. Hadisə yerində 10-a yaxın yanğınsöndürmə-xilasetmə briqadası çalışıb. Lakin tüstülənmə o qədər genişmiqyaslı olub ki, alovun söndürülməsi bir neçə saat davam edib.
Xeber.ge xeber verir ki,
Söhbət minlərlə lari məbləğində zərərdən gedir, çünki yanğın böyük ərazini əhatə edib.
Bir neçə saat ərzində İsani ərazisi qara tüstü ilə bürünüb. Yanğının səbəbləri hələlik məlum deyil, lakin müxtəlif versiyalar yayılır; ehtimallardan birinə görə, alov elektrik naqillərindən yaranıb.
Hazırda araşdırma aparılır. Ekspertlər yanğının dəqiq səbəbləri barədə daha ətraflı məlumat verməlidirlər.