Daxili İşlər Nazirliyi narkotiklərin əldə edilməsi və saxlanılmasına görə 1 nəfəri saxlayıb

Jul 11, 2025 - 12:02
 0  10
Daxili İşlər Nazirliyi narkotiklərin əldə edilməsi və saxlanılmasına görə 1 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, külli miqdarda narkotik

vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1994-cü il təvəllüdlü L.M. saxlanılıb.

Cinayət əməlinə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Hüquq-mühafizə orqanları saxlanılan şəxsin yaşayış evində axtarış zamanı müxtəlif növ, xüsusilə külli miqdarda narkotik vasitələrini maddi sübut kimi götürüblər, o cümlədən: mefedron, MDMA, metamfetamin, psilosibin tərkibli göbələklər, qurudulmuş marixuana və preqabalin.

İstintaq hərəkətləri nəticəsində, polis tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar, yapışqan lentlər və elektron tərəzi də götürülüb" – DİN-in açıqlamasında bildirilir.

Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri, həmçinin 261-ci maddə üzrə aparılır.

mənbə: marneulifm