Aİ Xarici İşlər Nazirləri Şurasında Gürcüstanın vəziyyəti də müzakirə olunacaq

15 iyul tarixində Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək və gündəlikdəki mövzulardan biri də Gürcüstandakı vəziyyət olacaq.
Avropa Şurasının rəsmi veb saytında yayılan məlumata görə, nazirlər Gürcüstanda mövcud durumu nəzərdən keçirəcək və hakimiyyətin artan repressiyalarına cavab olaraq mümkün tədbirləri müzakirə edəcəklər.
Samitin əsas mövzularından biri Ukraynada davam edən müharibə olacaq. İclasda Ukraynanın xarici işlər naziri Andrey Sibiga da iştirak edəcək.
Nazirlər həmçinin Yaxın Şərqdəki son prosesləri və Aralıq dənizi ölkələri ilə yeni razılaşmanı da müzakirə edəcəklər.
mənbə: interpress