Daha bir ölkə avroya keçdi
Bolqarıstan bu gündən etibarən milli valyutası olan Bolqarıstan levindən imtina edir.
Xeber.ge xeber verir ki,
Qeyd edək ki, bununla da Bolqarıstan avrozonaya qoşulmaq üçün bütün tələbləri rəsmi olaraq yerinə yetirən 21-ci ölkə oldu. Bu, avronu valyuta kimi istifadə edən avropalıların sayını 350 milyona çatdırır.
Bildirilir ki, avroya keçid Bolqarıstan cəmiyyətini iki yerə bölüb. Bir çox sakin Sofiyanın milli valyutadan imtina etmək qərarına şübhə ilə yanaşır.
Yeri gəlmişkən, yanvar ayının sonuna qədər mağazalar həm lev, həm də avronu qəbul edəcək. Fevralın 1-dən etibarən alış-verişlər yalnız vahid Avropa valyutasında qəbul ediləcək.
mənbə: publika.az