Çində heyvan dilindən insan dilinə tərcümə edən süni intellektin hazırlanmasına start verilib

Çin texnologiya nəhəngi Baidu heyvanların "danışığını" insan dilinə tərcümə edə biləcək süni intellekt (Sİ) tərcüməçisinin hazırlanmasına başlayıb.
Xeber.ge xəbər verir ki,
Hazırda texnologiya "Doktor Dulittl" səviyyəsində birbaşa ünsiyyət imkanları vəd etməsə də, ev heyvanlarının ac olduğunu, narahatlıq keçirdiyini və ya diqqət istədiyini anlamaqda kömək edə bilər. Tərcümələr müxtəlif göstəricilərə - hürmənin tonu, pozanın və davranışın dəyişməsi kimi faktorlar əsasında aparılacaq.
Qeyd edək ki, bu, heyvanlar üçün ilk tərcüməçi cəhdi deyil. 2002-ci ildə "Time" jurnalı Yaponiyada hazırlanmış it hürməsini tərcümə edən cihazı ilin ən yaxşı ixtiralarından biri kimi tanımışdı.
Lakin bu cür layihələr indiyədək əyləncə xarakterli qadcetlərdən o tərəfə keçə bilməyib. Baidu şirkətinin layihəsi uğurla həyata keçirilərsə, bu, ev heyvanı sahibləri üçün əsl texnoloji irəliləyiş ola bilər.
mənbə: baku.ws