"Bura təhlükəsiz yerdir?" – Almaniya səfiri Tbilisi hava limanı barədə

Feb 18, 2025 - 20:16
 0  68
"Bura təhlükəsiz yerdir?" – Almaniya səfiri Tbilisi hava limanı barədə

Almaniya səfiri Gürcüstanın 5-ci prezidenti Salome Zurabişviliyə qarşı edilən hücuma reaksiya verib.

Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer Gürcüstanın 5-ci prezidenti Salome Zurabişviliyə edilən hücuma münasibət bildirib və ona həmrəylik ifadə edib.

Səfir "TAV Airports" şirkətinə müraciət edərək, "Tbilisi hava limanı təhlükəsizdir?" sualını verib. Eyni paylaşımda Fişer hava limanında fəaliyyət göstərən digər şirkətləri, o cümlədən Lufthansa aviaşirkətini də qeyd edib.

"Salome Zurabişviliyə həmrəylik bildirirəm. Ona Tbilisi beynəlxalq hava limanında hücum edilib. İki gün ərzində iki dəfə sərnişinlərə gəliş zalında hücum edilib. Bu yer təhlükəsizdir? Reaksiya verəcəksiniz?" – deyə səfir Fişer yazıb.

Bu gün Salome Zurabişvili hava limanında əvvəlcədən təşkil olunmuş bir qrup şəxs tərəfindən qarşılanıb və ona yumurta atılıb. 

Eyni hadisə dünən də baş verib. Münhen Təhlükəsizlik Konfransından Gürcüstana qayıdarkən keçmiş baş nazir Qiorqi Qaxariya və Elquca Xokrişviliyə qarşı da oxşar hücum həyata keçirilib. Hadisənin görüntüləri sonradan "Gürcü Arzusu" partiyasının təbliğatçıları tərəfindən yayımlanıb.

mənbə: marneulifm