Builki Ərbəin ziyarəti ilə bağlı STATİSTİKA
2025-ci ildə keçirilən Ərbəin ziyarətində 21 103 524 zəvvar iştirak edib.
Xeber.ge xəbər verir ki, bu barədə Həzrət Abbas (ə) Hərəmi məlumat yayıb.
Hesablama prosesində süni intellekt əsaslı elektronik sayma sistemindən də istifadə edilib.
İraq Ali Təhlükəsizlik Komitəsinin açıqlamasına əsasən, bu il Ərbəin mərasiminə ərəb və digər xarici ölkələrdən 4 milyondan çox ziyarətçi qatılıb.
mənbə: az.shafqna