Bu ilin ilk 9 ayı ərzində Avropa ölkələri Gürcüstanın 3 274 vətəndaşını deportasiya edib

Oct 24, 2024 - 20:17
 0  10
Bu ilin ilk 9 ayı ərzində Avropa ölkələri Gürcüstanın 3 274 vətəndaşını deportasiya edib

2024-cü ilin ilk 9 ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstanın 3 274 vətəndaşını deportasiya edib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ən çox deportasiya Almaniyadan olub (2064 nəfər), sonrakı sırada Fransa (472) və Yunanıstan (159) gəlir.

Bildirilib ki, 2023-cü ilin ilk yarısında isə Aİ ölkələri 3 387 gürcünü deportasiya edib.

Qeyd edək ki, 2017-ci ilin mart ayından etibarən gürcülər Şengen zonasına vizasız qısamüddətli səyahət etmək hüququ əldə ediblər.

mənbə: report