Bu il Gürcüstanda itkin düşənlərin sayı açıqlandı

Xeber.ge xəbər verir ki,
2025-ci il iyulun 1-nə kimi Gürcüstanda 1024 nəfər itkin düşmüş hesab edilir, onlardan 28 nəfəri yanvarın 1-dən iyunun 30-dək itkin düşüb.
Bu məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən materiallarda deyilir.
1973-cü il yanvarın 1-dən bu günə kimi Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən uçotu aparılan bütün itkin düşmüş şəxslərin əsas hissəsini kişilər təşkil edir.
2025-ci ilin ilk altı ayının məlumatlarına gəlincə, ilin əvvəlindən Gürcüstanda 64 nəfər itkin düşüb, cəmi 36 nəfər isə tapılıb. Eyni zamanda altı nəfərin meyiti tapılıb. Dördü azyaşlı olan digər 28 nəfər isə hələ də xəbərsiz itkin düşmüş statusundadır.