Tbilisidə hava şəraiti kəskin pisləşib: Yollar su altında, ağaclar aşıb-Video
Gürcüstanın paytaxtı Tbilisi və ətraf ərazilərdə qəfil yağan yağıntı ciddi fəsadlar törədib.
Xeber.ge xeber verir ki,
Qarın sürətlə əriməsi nəticəsində yollar su ilə dolub. Bu səbəbdən həm minik avtomobillərinin, həm də ictimai nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Paytaxtın bəzi magistrallarında hərəkət tamamilə məhdudlaşıb.
Güclü yağıntı və külək paytaxtın müxtəlif rayonlarında ağacların aşmasına səbəb olub. Xüsusilə şəhər ətrafı qəsəbələrdə və kənar məhəllələrdə vəziyyətin daha ağır olduğu bildirilir.
Sakinlər aidiyyatı qurumlardan kömək gözləyirlər. Hazırda Tbilisi bələdiyyəsinin müvafiq xidmətləri fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçib.