Bu gün Tbilisidə aksiya keçiriləcək

Oct 28, 2024 - 11:32
 0  17
Bu gün Tbilisidə aksiya keçiriləcək

"Sizi oktyabrın 28-i, saat 19:00-da Rustaveliyə dəvət etmək istərdik ki, birlikdə bu seçkiləri tanımadığımızı dünyaya bəyan edək"

Bu barədə prezident Salome Zurabişvili dünən müxalifət liderləri ilə keçirdiyi brifinqdə bildirib.

Prezidentin qeyd etdiyi kimi, onlar seçki saxtakarlığını qəbul etməyəcəklər.

"Biz  demokratik seçki keçirmək hüququndan vaz keçməyəcəyik. Bu simvolik çıxış olacaq - hamı birlikdə"- prezident bildirib.

Zurabişvilinin sözlərinə görə, gəlin dünyaya elan edək ki, biz seçkiləri tanımırıq.

“Mən bu ölkəyə bunun üçün gəlməmişəm, əcdadlarımız bunun üçün yaşamayıb və biz bundan sonrakı nəsillər üçün də buna dözməyəcəyik.Gürcüstanın Avropa gələcəyini heç kim əlindən ala bilməz. Mən bir şəxs olmadığıma və bu gün Gürcüstan əhalisini təmsil edən qurum olduğuma görə əhaliyə müraciət edib onlara demək istəyirəm ki, biz bir yerdə durub bəyan etməliyik ki, biz bu seçkiləri tanımırıq, Rusiyanı qəbul etmirik və onun Gürcüstana bu formada daxil olması üçün biz bir yerdə olacağıq və burada seçkilərdə iştirak edən və Avropanın gələcəyini müdafiə edən partiyalar var. Onlarla birlikdə oktyabrın 28-də, saat 19:00-da sizi Rustaveliyə dəvət etmək istərdim ki, dünyaya elan edək - biz bu seçkiləri tanımırıq və bu ölkədə demokratik seçkilərin keçirilməsini təmin etmək üçün hər bir səsimizi, gələcəyimizi və imkanlarımızı dinc yolla qorumaq üçün konstitusiya hüququnu müdafiə edirik. ”, - deyə prezident bildirib.

mənbə: interpress