Britaniya səfirliyi: Zurab Caparidzenin həbsi müxalifəti qorxutmağa yönəlmiş qeyri-mütənasib tədbirdir

May 23, 2025 - 21:39
 0  26
Britaniya səfirliyi: Zurab Caparidzenin həbsi müxalifəti qorxutmağa yönəlmiş qeyri-mütənasib tədbirdir

"Böyük Britaniya müxalifət lideri Zurab Caparidzenin məhkəməyə qədər həbs olunmasından dərin narahatdır. Onun həbsi siyasi müxalifəti qorxutmaq və susdurmaq məqsədi daşıyan tamamilə qeyri-mütənasib tədbirdir".

Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin sosial mediada yaydığı bəyanatda deyilir.

Diplomatik nümayəndəliyin bəyanatında deyildiyinə görə, bu, Gürcüstanın ciddi demokratik tənəzzülünə daha bir sübutdur.

"Böyük Britaniya müxalifət lideri Zurab Caparidzenin həbsindən dərin narahatdır. Onun həbsi siyasi müxalifəti qorxutmaq və susdurmaq məqsədi daşıyan tamamilə qeyri-mütənasib tədbirdir. Müxalifət partiyalarının fəaliyyətini qadağan edən qanunun qəbulu və "Gürcü Arzusu"nun müxalifət partiyalarının konstitusiyaya zidd olduğunu elan etmək üçün verdiyi bəyanatlar fonunda bu, Gürcüstanın konstitusiyasını pozduğunu daha da ciddi şəkildə sübut edir. Plüralist, çoxpartiyalı demokratiya Avro-Atlantik dəyərlərin vacib hissəsidir: Gürcü arzusu indi antidemokratik tədbirləri dayandırmalıdır", - bəyanatda deyilir.