"Bolt" tarifləri qaldırır

Sep 17, 2026 - 22:23
 0  11
"Bolt" tarifləri qaldırır
: :
playing

"Bolt" şirkətinin məlumatına görə, sentyabrın 18-dən etibarən bütün kateqoriyalarda gedişhaqqı tarifləri 12% artacaq. Onların sözlərinə görə, bu, "gəlirin dəstəklənməsi üçün zəruri addımdır."

XEBER.GE xeber  verir ki, sentyabrın 18-dən bütün kateqoriyalarda gedişhaqqı tarifləri 12% artacaq (dəyişiklik minimum tariflərə şamil olunmur).

Gündəlik fəaliyyətinizin arxasında nə qədər əmək, vaxt və məsuliyyət dayandığını bilirik. Yanacaq və avtomobilə qulluq xərclərinin artması digər gündəlik xərclərlə yanaşı, tərəfdaş sürücülərin gəlirinə də təsir edir.

Biz bazar məlumatlarını daim izləyirik və məhz bu müşahidə əsasında tarifləri artırmaq qərarına gəldik. Hesab edirik ki, bu, gəlirinizin dəstəklənməsi üçün zəruri addımdır.

Tərəfdaş sürücülərin layiqli gəlirinə qayğı həmişə bizim prioritetimiz olub və gələcəkdə də belə qalacaq. Etimadınıza, gündəlik əməyinizə və bizimlə birlikdə şəhərin hərəkətinə kömək etdiyinizə görə təşəkkür edirik.

Hər kəsə təhlükəsiz səfərlər və gəlirli iş günləri arzulayırıq!" – deyə bəyanatda bildirilir.