Böyük Liloda sakinlər poliqonun bağlanmasını tələb edirlər- Video
Böyük Liloda zibil poliqonunun başqa əraziyə köçürülməsi və ya ora tullantıların qəbulunun dayandırılması tələbi ilə yerli sakinlər etiraz aksiyası keçirərək poliqonun girişini bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.
XEBER.GE xeber verir ki, aksiya iştirakçıları bildirirlər ki, illərdir dözülməz qoxu və antisanitariya şəraitində yaşamağa məcburdurlar. Onların sözlərinə görə, hakimiyyət nümayəndələri yalnız yol bağlandıqdan sonra problemləri ilə maraqlanmağa başlayıblar.
Sakinlər zibil poliqonunun fəaliyyətinin dayandırılmasını və ya təhlükəsiz əraziyə köçürülməsini tələb edirlər.
Yerli sakinlərdən biri bildirib ki, əraziyə hər gün 150–200 ton tullantı gətirilir. Tullantıların çürüməsi nəticəsində metan qazı ayrılır və bu, əhalinin sağlamlığı üçün təhlükə yaradır. Onun sözlərinə görə, gecə saat 2–3 radələrində belə evlərə zibil qoxusu dolur.
Gecə saatlarında əraziyə Samqori rayonunun icra nümayəndəsi Kaxa Samxaradze gəlib. O, sakinlərə problemin tam həlli üçün hakimiyyətə 2030-cu ilə qədər vaxt lazım olduğunu bildirib.
Sakinlər isə meriya onların problemlərinə diqqət yetirənədək etirazlarını davam etdirəcəklərini deyirlər.