Boçorişvili qazaxıstanlı həmkarı ilə Orta Dəhlizin inkişafını müzakirə edib
Gürcüstanın XİN başçısı Maka Boçorişvili qazaxıstanlı həmkarı ilə Yermek Koşerbayev Orta Dəhlizin inkişafı və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
Tərəflər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Qazaxıstana qarşıdakı səfəri çərçivəsində Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlığın qurulmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, Gürcüstan-Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradacaq.
XİN başçıları ali və yüksək siyasi səviyyələrdə dialoqun dəstəklənməsinin vacibliyini qeyd ediblər.
"Tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Ali və yüksək siyasi səviyyələrdə dialoqun dəstəklənməsinin vacibliyi qeyd olunub. Orta Dəhlizin inkişafının təşviqində, eləcə də iki ölkə arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsində Gürcüstan və Qazaxıstan arasındakı əməkdaşlığa xüsusi diqqət yetirilib", - Gürcüstanın XİN-in məlumatında vurğulanıb.