"Beri Nikoloz" kimi tanınan Nariman Makaraşvili evində ölü tapılıb

Apr 19, 2026 - 18:24
 0  35
"Beri Nikoloz" kimi tanınan Nariman Makaraşvili evində ölü tapılıb

Gürcüstanda "Beri Nikoloz" (Nikoloz rahib) adı ilə tanınan Nariman Makaraşvili yaşadığı mənzildə ölü tapılıb.

Xeber.ge xeber  verir ki, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisə yerində polis qüvvələri müvafiq istintaq hərəkətlərini həyata keçirir.

  Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb.

Hadisənin təfərrüatları, habelə ölümün dəqiq səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb. İstintaq davam edir.