Tbilisidə parkda bıçaqlanma

Apr 19, 2026 - 20:03
 0  19
Tbilisidə parkda bıçaqlanma

Gürcüstan Prokurorluğu paytaxt Tbilisidə baş vermiş ağır cinayət faktı ilə bağlı bir nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

Şübhəli şəxs parkda mübahisə etdiyi şəxsə ağır xəsarətlər yetirməkdə təqsirləndirilir.

Xeber.ge xeber  verir ki, hadisə aprelin 17-də qeydə alınıb.

  İstintaqla müəyyən edilib ki, Tbilisidəki skverlərdən (istirahət parkı) birində tərəflər arasında şifahi mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişə həyat üçün təhlükəli olan bir neçə zərbə endirib və dərhal hadisə yerindən qaçıb.

  Hüquq-mühafizə orqanlarının keçirdiyi çevik əməliyyat nəticəsində şübhəli şəxs qısa müddətdə yaxalanıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

  Prokurorluq artıq Tbilisi Şəhər Məhkəməsinə vəsatət göndərərək, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Hazırda Daxili İşlər Nazirliyində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.