Batumidə üç nəfəri qəzada öldürən şəxsə hökm oxunub
Batumi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam bölüşərək, üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan şəxs barəsində hökm çıxarıb.
Xeber.ge xəbər verir ki,
Məlumata əsasən, qəza nəticəsində avtomobildə olan üç nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd olunub ki, saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi (Yol hərəkəti təhlükəsizliyi qaydalarını pozma, iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham irəli sürülüb.
Batumi Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs irəli sürülən ittihamlar üzrə tam təqsirli bilinib və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.