Batumidə İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarılan şəxs saxlanılıb

Mar 10, 2026 - 11:09
Mar 10, 2026 - 11:10
 0  10
Batumidə İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarılan şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları beynəlxalq səviyyədə axtarışda olan şəxsi yaxalayıblar.

Xeber.ge xəbər verir ki, Türkiyə Respublikası vətəndaşı, 1974-cü il təvəllüdlü T.F. Batumi şəhərində saxlanılıb.

Ağır cinayətlərdə ittiham olunur DİN-in yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında İnterpolun "qırmızı bülleten"i ilə axtarışa verilibmiş. O, azadlığın qanunsuz məhdudlaşdırılması və seksual xarakterli zorakılıq törətməkdə ittiham olunur.

Ekstradisiya prosedurları başlayıb Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq Türkiyəyə təhvil verilməsi üçün zəruri olan ekstradisiya prosedurları həyata keçirilir.