Batumidə İnterpol tərəfindən axtarılan Türkiyənin 2 vətəndaşı saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan daha iki şəxsin saxlanılması ilə bağlı məlumat yayıb.
DİN-in Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İnterpolun "Qırmızı bülleten"i ilə axtarılan Türkiyə Respublikasının iki vətəndaşı ələ keçirilib.
XEBER.GE xəbər verir ki, hüquq-mühafizə orqanlarının yaydığı rəsmi bəyanata əsasən, həmin şəxslər Türkiyənin hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq səviyyədə axtarışda olublar.
Aparılan operativ-axtarış tədbirləri nəticəsində axtarışda olan hər iki şəxs müxtəlif vaxtlarda Batumi şəhərində saxlanılıb.
Hazırda saxlanılan Türkiyə vətəndaşları barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.