Batumi hava limanında Türkiyə və İsrail azarkeşləri arasında dava düşüb- VİDEO
Batumidə Türkiyə və İsrail azarkeşləri arasında fiziki və şifahi qarşıdurma baş verib.
XEBER.GE xeber verir ki, “Acarıstan Tayms”ın yaydığı məlumata görə, aviareyslərin gecikməsi səbəbindən hər iki komandanın azarkeşləri hava limanının eyni terminalında olublar. Qarşıdurma da burada baş verib.
Nəşrin məlumatına əsasən, tərəfləri ayırmaq üçün polis əməkdaşları hadisəyə müdaxilə ediblər.
Yayılan məlumata görə, insidentlə bağlı heç kim saxlanılmayıb. Hazırda İsrail və Türkiyə istiqamətlərində uçuşlar artıq həyata keçirilib.