Axmetada ağır yol qəzası

Nov 28, 2026 - 21:47
 0  9
Axmetada ağır yol qəzası

Bir nəfər ölüb, üç nəfər yaralanıb – Axmeta bələdiyyəsinin Xistauri kəndində baş verən avtomobil qəzası 35 yaşlı kişinin həyatına son qoyub.

XEBER.GE xeber  verir ki, yayılan məlumata görə, iki minik avtomobili toqquşub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.