Baş nazir: Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur...

Dec 17, 2024 - 12:56
 0  76
Baş nazir: Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur...

Bir ölkədə üç de-fakto Prezident ola bilməz.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident qalacağını deməsinə münasibət bildirərkən deyib.

“Bir ölkədə üç de-fakto prezident ola bilməz. O, (Salome Zurabişvili) özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur. Biz bunu sadəcə olaraq ciddi qəbul edə bilmərik. Dekabrın 29-da o ofisini tərk etməli olacaq və seçilmiş Prezident Mixeil Kavelaşvili ilə əvəzlənəcək”, - Kobaxidze bildirib.

Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən Prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.

mənbə: apa